Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Çovdarovun kürəkəni güllələndi

Çovdarovun kürəkəni güllələndi

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.
“Report” xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.
Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə namizədliyi majoritar qaydada irəli sürülən Ceyhun Çovdarovdur.
Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.
Məlumata görə, deputatlığa namizədin dostları – Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alıblar.
Hadisəni törədənlər haqqında məlumat verilmir.
Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı məlumat verilmir.
Gürcüstan DİN-i faktla bağlı araşdırma aparır.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …