Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Çörəyin bahalaşması qaçılmaz idi” – İQTİSADÇI

“Çörəyin bahalaşması qaçılmaz idi” – İQTİSADÇI

Çörəyin qiymətinin 10 qəpik miqdarında bahalaşması cəmiyyətdə ciddi narazılığa səbəb olmaqdadır. Vətəndaşların bir çoxu hesab edir ki, gündəlik istehlak məhsulu olan çörəyin bahalaşması insanların sosial rifahına mənfi təsir göstərəcək, onların onsuz da çətin olan yaşamını daha da mürəkkəbləşdirəcək.
Çörəyin bahalaşmasının iqtisadi əsası varmı? Həqiqətənmi belə bir bahalaşma zəruri idi?
Bununla bağlı Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev çörəyin hələ bir müddət bundan öncə bahalaşması gəərkdiyini vurğuladı:
“Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, çörək doğrudanmı bahalaşmalı idi? Düşünürəm ki, çörək bahalaşmalı idi. Çünki hər şeyin qiyməti qalxıb. Hətta suyun, işığın belə qiyməti qalxdı. Una olan tələbatın bəlli bir miqdarı idxal hesabına reallaşdığı və dolların məzənnəsinin yüksəldiyi üçün bu, unun da qiymətində artıma səbəb olur. Çörəyin istehsalında istifadə edilən digər komponentlər də əsasən xaricdən gətirilir. Bu səbəbdən də çörəyin qiymətinin qalxması labüd idi.
Təəssüflər olsun ki, hökumət bu vaxta qədər çörəyin qiymətini inzibati yolla tənzimləməyə çalışıb. Bu, ona gətirib çıxardıb ki, sahibkarlar çörəyin qiymətini artıra bilmədikləri üçün ya onun çəkisini azladıb, ya da daha az keyfiyyətli undan istifadə edib.
Çörək ən çox istifadə edilən ərzaq məhsulu olduğuna görə, onun qiymətinə cəmiyyət tərəfindən həssas yanaşılır. Lakin unutmaq olmaz ki, inzibati yolla çörəyin qiymətini tənzimləməklə insanlara yaxşılıq etmək olmaz. Bu, müvəqqəti xarakter daşıyır. Bu məsələdə iqtisadi yollardan istifadə etmək lazımdır. Çalışmaq lazımdır ki, çörək istehsalında istifadə edilən komponentlər yerli istehsal hesabına təmin edilsin. Xüsusilə də taxıl istehsalına diqqət yetirmək lazımdır. Çalışmaq lazımdır ki, una olan tələbat yerli istehsal hesabına təmin edilsin”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın