Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Çörəyin bahalaşması ehtimalı sıfıra bərabərdir – AÇIQLAMA

Çörəyin bahalaşması ehtimalı sıfıra bərabərdir – AÇIQLAMA

Azərbaycanda unun qiyməti minimum 1 il müddətində qalxmayacaq.
Moderator.az  xəbər verir ki, bu açıqlamanı Modern.az saytına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, ölkədəki ən böyük un istehsal edən şirkətlərdən birinin – “Karat Holdinq” MMC-nin sahibi Əsabil Qasımov verib.
Ə.Qasımov bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub ki, bu da çox vacib qərardır.
“Ən azı bir il müddətinə çörəyin və unun bahalaşması sıfıra bərabərdir”-deyə Əsabil Qasımov vurğulayıb.
Deputat onu da bildirib ki, hazırda regionda ən ucuz çörək və un Azərbaycanda satılmaqdadır.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, hazırda daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır.
Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın