Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Çingiz Qənizadənin oğlu məhkəmədə ifadə verəcək

Çingiz Qənizadənin oğlu məhkəmədə ifadə verəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində “Range Rover”lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşsa da, yenidən təzələnib. Müəyyən olunub ki, hadisə yerinə baxış protokolunu imzalayanlar qəza ilə bağlı sxemi imzalamayıblar.

Onların arasında Binəqədi rayon prokuroronun müavini Elgiz Qənizadə də var. E.Qənizadə millət vəkili Çingiz Qənizadənin oğludur. 

Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi olan Həsrət Aslanov, polis əməkdaşları Qalib Məhərrəmov və Maşallah Paşayev da sxemə imza atmayıblar. Bu pozuntuya görə adıçəkilən şəxslərin məhkəmədə dindirilərək bu məsələyə aydınlıq gətirilməsinə qərar verilib. 

Növbəti prosesdə bu şəxslər dindiriləcək. 

İttihama görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Hadisədən sonra başından xəsarət alan sürücü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.

Daha sonra həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o, həbs olunub. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …