Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Kriminal / Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı – RƏSMİ

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı – RƏSMİ

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında altı yol nəqliyyat hadisəsi baş verib, nəticədə səkkiz nəfər ölüb, altı nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Həmçinin oxuyun

Bakıda film kimi cinayət: Kişini döyəndən sonra arvadına zəng edib…

Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində Abşeron Rayon Polis İdarəsinə müraciət …