Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Ceyrançöldə çobanlar arasında kütləvi dava – 3 nəfər xəsarət aldı

Ceyrançöldə çobanlar arasında kütləvi dava – 3 nəfər xəsarət aldı

Ağstafa rayonunun Ceyrançöl ərazisində çobanlar arasında kütləvi dava düşüb.

Azinforum.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb.

Belə ki, ərazidə heyvanlarını otaran 6 çoban arasında otlaq sahəsi üstündə mübahisə yaranıb.

Daha sonra əlbəyaxa olan çobanlar bir-birlərinə çomaq və küt alətlə zərbələr vurublar.

Nəticədə 34 yaşlı Məmmədov Mahir Zakir oğlu və onun həmyaşıdı Paşayev Akif Fəxrəddin oğlu və onun 24 yaşlı qardaşı Asif ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Onları döyən çobanların üç qardaş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …