Ana səhifə / Kriminal / Ceyhun Osmanlının qardaşı məhkəmədə uduzdu

Ceyhun Osmanlının qardaşı məhkəmədə uduzdu

Keçmiş deputat Ceyhun Osmanlının qardaşı, iş adamı Faiq Osmanlı ilə bağlı Bakı Kommersiya Məhkəməsində baxılan iş yekunlaşıb.

F.Osmanlı məhkəməni uduzub.

Hakim Kənan Hüseynov Dövlət Aqrar Kredit Və İnkişaf Agentliyinin iş adamına qarşı iddiasını qismən təmin edib.

Qeyd edək ki, Faiq Osmanlı biznes məqsədi ilə agentliklə bağladığı lizinq müqaviləsinin öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə verilmişdi. Biznesmenin dövlət qurumuna olan 7 min manat borcunu ödəməsi tələb olunurdu.

Qeyd edək ki, Faiq Osmanlı vaxtilə daxili işlər orqanlarında çalışıb. Göyçay və Ağdaş Mühafizə Bölməsinin rəisi olub. Bir müddət öncə onun öz arzusu ilə işdən azad olunduğu barədə açıqlama yayılıb. Lakin, F.Osmanlının polis əməkdaşlarını atasının Göyçaydakı villasının qorunması işinə cəlb etməsi, mühafizə polisinin xidməti maşınlarını isə ailə üzvlərinin şəxsi istifadəsinə verməsinə görə xidmətdən azad edildiyi iddia olunur. Kriminalqafqaz

Həmçinin oxuyun

“Baş müstəntiqlə ikilikdə olan zaman xahiş etdim ki…” – İlkin Süleymanov

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən …