Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Kriminal / Cavanşirin keçmiş kürəkəni həbs edildi

Cavanşirin keçmiş kürəkəni həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədova qarşı dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Kemal Mustafa İblinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kemal Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.
Xatırladaq ki, prokuror onun 8 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub.
M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

143 milyon mənimsəyənlərin məhkəməsi dövlət sirlərinə görə qapalı keçiriləcək

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi …