Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

“Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin həbsdə olan sədri Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə cəzalandırılıblar.

Virtualaz.org Kollegiyanın Rəyasət Heyətinə istinadən bildirir ki, Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırılıb. Digər vəkil Aqil Layıcova isə töhmət verilib.

Onlar müvəkkillərinin müsahibəsini mətbuata çıxarmaqda ittiham ediliblər.

Qeyd edək ki, F.Mehdiyev vaxtilə Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının, teoloq Taleh Bağırzadənin, Əli Kərimlinin qohumu Elnur Seyidovun və başqalarının hüquqlarını müdafiə edib

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …