Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı

Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı

Vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti dayandırılıb.

Musavat.com xəbər verir ki, bu gün axşam saat 18.00 radələrində Vəkillər Kollegiyası Rəyasət Heyətinin toplantısında belə qərar qəbul edilib.

Məlumata görə F.Mehdiyevin cəzalandırılmasına səbəb isə hüquqlarını müdafiə etdiyi, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin mətbuatda müsahibəsinin dərci olub.

Vəkil C.Hacıyevin açıqlamasını mətbuata ötürməkdə günahlandırılıb.

F.Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırılıb.

C.Hacıyevin digər vəkili Aqil Layıcov da cəzalandırılıb – ona töhmət verilib.

F.Mehdiyev həmçinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı Taleh Bağırzadə, Əli Kərimlinin qaynı Elnur Seyidov və digər şəxslərin də hüquqlarını müdafiə edib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …