Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Cahangir Hacıyevin bacısı dövlət qurumlarını məhkəməyə verdi

Cahangir Hacıyevin bacısı dövlət qurumlarını məhkəməyə verdi

Hazırda həbsdə olan, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin bacısı dövlət qurumunu məhkəməyə verib. 

Hacıyeva Əminə Fevzi qızı Bakı İnzibati Məhkəməsinə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Bakı İstintaq Təcridxanasının inzibati hərəkətlərindən ərizə ilə şikayət edib. Məhkəmənin hazırlıq iclası aprelin 3-də hakim Pərviz Hüseynovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Əminə Hacıyeva Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı Cahangir Hacıyevlə görüşə bilmədiyi, telefon danışıqlarına icazə verilmədiyi üçün məhkəməyə müraciət edib. 

Xatırladaq ki, Cahangir Hacıyev müxtəlif maddələrlə təqsirli bilinərək 16 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Yenisabah.az

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …