Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Cahangir Hacıyevin bacanağının həbs cəzası azaldıldı – Qərar

Cahangir Hacıyevin bacanağının həbs cəzası azaldıldı – Qərar

Ali Məhkəmədə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan və mənimsəmədə təqsirləndirilən “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayət-zadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib. Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.
Qeyd edək ki, İ.Hidayət-zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-zadə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda ittiham olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İ.Hidayət-zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-zadə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib, birinci istnasiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, İ.Hidayət-zadə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib/Report.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …