Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Cahangir Hacıyev həbsxanada da qayda-qanuna riayət etmir

Cahangir Hacıyev həbsxanada da qayda-qanuna riayət etmir

Ədliyyə Nazirliyi Penitensiar xidmət “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyevin cərimə təcridxanasına salınmasının səbəblərini açıqlayıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, qanunvericiliyə uyğun olaraq hər bir məhkuma telefon danışıqları təqdim olunur:

“Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq, həmin məhkum telefonla danışdığı anda telefon danışıq otağına daxil olub və həmin məhkum dəstəyi Cahangir Hacıyevə verib. Bununla da daxili nizam-intizam qaydalarını pozub. Qanunvericiliyə əsasən telefon danışığına nəzarət edən əməkdaş telefon danışıqlarının dayandırılması barədə qərar qəbul edib. Bununla əlaqədar məhkum Hacıyev həmin əməkdaşa qarşı kobudluq edib. İntizama dəvət olunmasına baxmayaraq mövcud rejim qaydalarına riayət etməkdən imtina edib. O buna qədər də bir neçə dəfə daxili intizam qaydalarının pozulmasına yol verib. Lakin onunla aparılan profilaktik söhbətlər müsbət nəticə vermədiyinə görə cərimə təcridxanasına keçirilib”.

M.Sadıqov bildirib ki, onun barəsində olan tənbeh müddəti bitdiyi üçün artıq cərimə təcridxanasından çıxarılıb.

Cahangir Hacıyev məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …