Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Cabbarov qardaşının qatilinin başını kəsmək istədi – VİDEO

Cabbarov qardaşının qatilinin başını kəsmək istədi – VİDEO

Bərdə rayonunda 28 yaşlı Mövlan Cabbarov Şirvanlı kənd sakini Xaliq Məmmədovu bıçaqlayıb.
Belə ki, hadisə rayonun Dəymədağlı kənd məzarlığında baş verib.
Kənd sakinlərindən birinin dəfni zamanı Cabbarov 9 il əvvəl qardaşını öldürən Xaliq Məmmədovla qarşılaşıb. Onun bədəninin müxtəlif nahiyələrinə bıçaq xəsarəti yetirdikdən sonra başını boyun nahiyəsindən kəsməyə çalışıb.
Həmkəndlilərin müdaxiləsindən sonra Xaliq Məmmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun ağız, qulaq, boyun nahiyəsindən bıçaq xəsarətləri aldığı, daxili qanaxmasının olduğu bildirilib. Cərrahiyyə əməliyyatı olunan Bərdə sakininin vəziyyətinin ağır olduğu açıqlanıb.
Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, Mövlan Cabbarov hadisədən sonra polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …