Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Cəlilabadın keçmiş başçısı həbs edilib

Cəlilabadın keçmiş başçısı həbs edilib

Bu gün, dekabrın 9-da Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı Namiq Zeynalov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə Səbail rayon Məhkəməsindən məlumat verilib. Məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

İttihamlara, hələlik, N.Zeynalov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

N.Zeynalova Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə – təkrar törədildikdə), 179.2.3 (-öz qulluq mövqeyindən istifadə etməklə), 179.2.4 (-xeyli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (Külli miqdarda rüşvət alma), 311.3.2 (Təkrar rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …