Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Cəlilabadda qətl: Rakif Hüseynov arvadının gözləri qarşısında öldürüldü

Cəlilabadda qətl: Rakif Hüseynov arvadının gözləri qarşısında öldürüldü

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan mikroavtobus ilə gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı mikroavtobusun sürücüsü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun adı yaxın müddətdə açıqlanacaq.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …