Şənbə , Mart 23 2019
Ana səhifə / Kriminal / Cəlilabadda Məşğulluq Mərkəzinin 3 əməkdaşı korrupsiya faktı üzrə saxlanılıb

Cəlilabadda Məşğulluq Mərkəzinin 3 əməkdaşı korrupsiya faktı üzrə saxlanılıb

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin üç əməkdaşı korrupsiya faktına görə saxlanılıb.

Vitualaz.org-un əldə etdiyi məlumata görə, Mərkəzin direktoru Mehdi Abbasov, baş mühasibi Hafiz Məmmədov və aparıcı mütəxəssisi Ziya Muradov özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran 60 nəfərə yaxın vətəndaşa mal və materialların verilməsi üçün hərəsindən 1500-2000 manat rüşvət almaqda şübhəli bilinirlər.

Faktala bağlı cinayət işi qaldırılaraq araşdırma aparılır.

Həmçinin oxuyun

Türkiyədə daun sindromlu uşaqları daşıyan avtobus aşdı

Türkiyənin İzmir şəhərində daun sindromlu uşaqları və onların valideynlərini daşıyan avtobus aşıb. “Hürriyet” nəşri xəbər …