Cümə , Oktyabr 19 2018
Ana səhifə / Kriminal / Cəlilabadda dayı bacısı oğlunu qətlə yetirib

Cəlilabadda dayı bacısı oğlunu qətlə yetirib

Cəlilabad rayonunda dayı bacısı oğlunu qətlə yetirib.

“Report”un xəbərinə görə, rayonun Qarazəncir kəndində 57 yaşlı Mehman Cəfərov evinə qonaq gəlmiş bacısı oğlu 24 yaşlı Ramil Manafovla aralarında yaranan mübahisə zəminində onun döş qəfəsindən xəsarət yetirib.

R.Manafov aldığı xəsarətdən xəstəxanaya aparılan zaman dünyasını dəyişib. M.Cəfətov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Həmçinin oxuyun

MTN-in iki generalı yenidən məhkəmə qarşısında – FOTOLAR

Eldar Mahmudovun ən yaxın adamları olan Teymur Quliyev və  Sübahir Qurbanov apellyasiya məhkəməsindən bəraət istəyir …