Cümə , Oktyabr 23 2020
Ana səhifə / Kriminal / Cəlilabadda 26 yaşlı qadın əri və qaynanası tərəfindən döyülüb

Cəlilabadda 26 yaşlı qadın əri və qaynanası tərəfindən döyülüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. “Report”xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Teymurova Zeynab Fəyaz qızı əri və qayınanası tərəfindən döyülüb.

Yaralı qadın ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının gətirilərək, Cərahiyyə şöbəsinə yerləşdirilib.

Qadının dediyinə görə, o, əri ilə 5 ay əvvəl ayrı yaşamağa başlayıb. Bu gün ərinin xalası qadını çağıraraq, cehiz əşyalarını aparmasını tələb edib. Z.Teymurova Uzuntəpə kəndinə gedib. Bu zaman əri və qayınanası tərəfindən döyülüb.

Daha sonra Biləsuvarda yaşayan qayınanasının bacısının evində Z.Teymurovanı iplə asmağa cəhd ediblər. Lakin səs-küy yarandığından bu istəklərinə nail olmayıblar.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …