Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Buzovlara görə pul veriləcək

Buzovlara görə pul veriləcək

Yaxın günlərdə süni mayalandırılmış heyvanlar və bu yolla alınmış buzovlara görə subsidiyaların verilməsinə başlanılacaq. Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, “Subsidiya və siyasətə dair informasiya sistemi”ndə süni mayalanma yolu ilə alınmış hər buzova görə veriləcək subsidiyanın məlumat bazasını yaratmaq üçün ölkə üzrə heyvan sahiblərinin (vətəndaşların, hüquqi və fiziki şəxslərin), süni mayalandırılmış heyvanların və doğulan balaların qeydiyyatı aparılacaq.

Qeyd edək ki, heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılıb.

 

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın