Cümə , Noyabr 27 2020
Ana səhifə / Kriminal / Butulkanı başına çırpıb öldürdü – AZƏRBAYCANDA DƏHŞƏTLİ CİNAYƏT

Butulkanı başına çırpıb öldürdü – AZƏRBAYCANDA DƏHŞƏTLİ CİNAYƏT

Ağdam rayonunda qətl törədilib. Lent.az xəbər verir ki, rayonun Qaradağlı kəndində yerləşən dönərxanada 1993-cü il təvəllüdlü Qasımov Nahid Xalid oğlu həmyerlisi, 1986-cı il təvəllüdlü Cəfərov Səxavət Nazim oğlunu qətlə yetirib. Belə ki, sərxoş vəziyyətdə olan Nahid Qasımov içki şüşəsi ilə özündən 7 yaş böyük olan Səxavətin başına zərbələr endirib. Ağır xəsarətlər alan 31 yaşlı kişi yerə yıxılıb. Ürəyi soyumayan N.Qasımov daha sonra bıçaqla ona çoxsaylı zərbələr endirib. Səxavət Cəfərov hadisə yerində ölüb.

Hadisənin mübahisə zəminində törədildiyi bildirilir. N.Qasımov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …