Şənbə , İyun 3 2023
Ana səhifə / Kriminal / Buğda idxalı 3 dəfə artıb

Buğda idxalı 3 dəfə artıb

Bu ilin ilk ayında Azərbaycanın xarici ticarətinin həcmi 1 milyard 254 milyon 680 dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2015-ci ilin oxşar dövrünə nisbətən 16 ,79 faiz çoxdur. İxrac 804 milyon ABŞ dollarına bərabər olub. Artım əsasən dövlətin hesabına olub. İxracın 728 milyon 918 min dollarını dövlət sektor, 60 milyonu özəl sektor, 15 milyonunu fiziki şəxslər edib.

İdxalda əsas mallarda artım belə olub: Ət (97 faiz), süd 0,54 faiz, kərə yağı, süddən hazırlanmış digər yağlar 224.40 faiz, cay 225.18 faiz, şəkər 37 faiz artıb. Buğda idxalında atrım diqqət çəkib. Bu ilin yanvarında keçən ilin yanvarı ilə müqayisədə 2,2 dəfədən çox buğda idxal olunub. Miqdar baxımından da artım 3,4 dəfədən çox olub. Ötən ilin yanvarında 17,3 min ton, bu ilin yanvarında 58,7 min ton.

Həmçinin oxuyun

İlkin Süleymanov son söz dedi: “Polisə məlumat verəndə ağlıma gəlməzdi ki…”

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində son söz deyib. “Mən yanan meyiti görüb bu barədə polisə …

Bir cavab yazın