Ana səhifə / Kriminal / Büdcə zərfi niyə hələ də Milli Məclisə daxil olmayıb? – DEPUTAT

Büdcə zərfi niyə hələ də Milli Məclisə daxil olmayıb? – DEPUTAT

“Milli Məclisin büdcə zərfi hələ də deputatlara təqdim olunmayıb. Əslində hökumət büdcə zərfinə baxaraq, sənədi cənab prezidentə göndərmişdi. Ölkə başçısı da artıq sənədi imzalamalı idi. Ola bilsin ki, dünya iqtisadiyyatında baş verən müəyyən problemlərlə bağlı büdcə zərfində müəyyən dəyişikliklər nəzərdə tutulur”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat büdcə zərfinin Milli Məclisə daxil olma prosesinin gecikmə səbəblərini belə açıqlayıb:

“Büdcənin gəlir və xərc hissəsində müəyyən dəyişiklər olacaqsa, cənab prezident bu məsələyə də baxacaq. Amma bu günlərdə büdcə zərfi Milli Məclisə daxil olmalıdır”.

Xatırladaq ki, artıq bu günə qədər 2017-ci ilin büdcə zərfi Milli Məclisin komitələrinə və deputatların müzakirəsinə təqdim edilməli idi.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın