Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Büdcənin azalması sığorta şirkətlərinə də təsir edəcək

Büdcənin azalması sığorta şirkətlərinə də təsir edəcək

“2016-cı ilin dövlət büdcəsinin, o cümlədən infrastruktur layihələrinə ayrılan vəsaitin azaldılması sığorta şirkətlərinə də mənfi təsir edə bilər”. Azinforum.az-ın “Marja”ya istinadən məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib. “Büdcəni araşdırmaq lazımdır. Baxmaq lazımdır ki, hansı layihələr daha çox təxirə salınacaq. Əlbəttə, dövlət layihələrin semetasında sığorta xərcləini də nəzərdə tuturdu. Gələn il bəzi layihələrin təxirə salınması sığorta şirkətlərinin yığımlarının da azalmasına təsir göstərəcək”. Qeyd edək ki, Azərbaycanın sığorta şirkətləri sığorta haqlarının xeyli hissəsini korporativ müştəriləri hesabına toplayırlar. Dövlətin layihələrini icra edən podratçı şirkərlər sığortaçıların əsas müştəriləridir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın