Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Kriminal / Bu tikinti materialları üçün vergilər 2 dəfə artırıldı

Bu tikinti materialları üçün vergilər 2 dəfə artırıldı

Yanvarın 1-dən Azərbaycanda mədən vergisi artırılıb.
Bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.

İndiyə qədər mədən vergisinə cəlb edilən qeyri-filiz faydalı qazıntılarından seolit, barit, mişar daşları, çınqıl xammalı, yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər, bentonit gilləri, kərpic-kirəmit gilləri, vulkan külü və pemza, kvars qumları, tikinti qumları, sement xammalının (əhəng daşı, mergel, gil, vulkan külü) hər 1 kubmetri üçün 0,5 manat mədən vergisi tutulub.

Yanvarın 1-dən bu qeyri-filiz qazıntıları ilə bağlı mədən vergisi 2 dəfə artırılır, hər 1 kubmetr üçün 1 manat mədən vergisi tutulacaq. Qiymətli və yarımqiymətli bəzək daşları üçün mədən vergisi vergi 4 manatdan 6 manata qaldırılıb. Üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı) üçün vergi isə dəyişdirilməyib. Üzlük daşlarının hər 1 kubmetri üçün yenə də 1 manat vergi alınacaq.

Qanuna əsasəq 1 yanvar 2016-cı ildən duz, yodlu-bromlu sular və mineral suların hər 1 kubmetrinə tətbiq olunan mədən vergiləri də artırılıb. Duz üçün mədən vergisi 4 manatdan 6 manata, yodlu-bromlu sular üçün mədən vergisi 0,02 manatdan 0,04 manata, mineral sular üçün mədən vergisi 6 manatdan 10 manata qaldırılıb.

Həmçinin oxuyun

Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ rayon sakini, qəsdən adam öldürməkdə ittiham olunan 27 yaşlı Elnur …

Bir cavab yazın