Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bu şirkət fəaliyyətini dayandırdı – AÇIQLAMA

Bu şirkət fəaliyyətini dayandırdı – AÇIQLAMA

“Salyan-Sərnişin” ASC-nin fəaliyyətinə xitam verilib. Vergilər Nazirliyindən fins.az-a verilən xəbərə görə, bununla bağlı oktyabrın 12-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda ASC-nin fəaliyyətinə xitam verilməsi, bununla bağlı olaraq ləğvetmə Komissiyasının yaradılması və ona səlahiyyətlər verilməsi əsas müzakirə mövzusu olacaq. Yığıncaqda digər məsələlərin də müzakirəsi gözlənilir.
Qeyd edək ki, səhmdarların ümumi yığıncağında bütün səhmdarların iştirakı vacibdir. Yığıncaq Salyan şəhəri, Məşhədi Əzizbəyov küçəsi,3 ünvanında olacaq.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın