Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bu il taxıl istehsalı 365 min ton azalacaq

Bu il taxıl istehsalı 365 min ton azalacaq

Bu il taxıl istehsalı keçən ilin müvafiq göstərici ilə müqayisədə 365 min ton azalaraq 2,7 mln. ton təşkil edəcək.

Bunu “Turan”a İqtisadi Tədqiqatlar Mərkəzinin Aqrar Departamentinin rəhbəri Vahid Məhərrəmov bildirib.

Xatırladaq ki, bu yaxınlarda kənd təsərrüfatı naziri Heydər Əsədov bu cür bəyanatla çıxış edib və həm də bildirib ki “əhali artımına rəğmən idxal minimuma qədər azaldılacaq”. “Əlbəttə, bu məhsulla biz özümüzü tam təmin etmirik. Amma bilirsiniz ki, hətta ən inkişaf etmiş ölkələr özlərini aqrar məhsullarla yüz faiz təmin etmir. Bizim ictimai şüurumuzda belə bir yanlış təsəvvür üstünlük təşkil edir ki, biz özümüzü kənd təsərrüfatı məhsulları ilə tam təmin etməliyik. Dünyada belə bir presedent yoxdur”, – deyə o, qeyd edib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın