Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Bu il meyvə-tərəvəz qıtlığı olacaq – Ekspert

Bu il meyvə-tərəvəz qıtlığı olacaq – Ekspert

Son günlər ölkəmizdə havanın qeyri-sabit keçməsi rayonların bir çoxunda kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub. Dolu və yağış əkin sahələrini, bağları yararsız vəziyyətə salıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında bildirib ki, təsərrütafata dəyən ziyan qıtlığa və qiymət bahalaşmasına gətirib çıxara bilər.

Ekspert hesab edir ki, bölgələrdə dolunun qarşısını almaq üçün xüsusi toplar quraşdırılmalıdır.

“Əvvəllər kənd təsərrüfatını sığortalanmaq üçün bəzi tədbirlər həyata keçirilirdi. Bunun üçün xüsusi toplar quraşdırılmışdı. Sovet dönəmində bundan istifadə edilirdi. Hazırda bütün ölkələrdə həmin toplardan istifadə olunur. Amma təəssüflər olsun ki, bizdə bu sistem yığışdırılıb. Toplardan istifadə etməklə buz parçalarını neytrallaşdırıb yağış formasına salmaq mümkündür.

Təəssüflər olsun ki, bu barədə dəfələrlə təklif versək də, hələlik heç bir addım atılmayıb. Son günlər havanın qeyri-sabit keçməsi təsərrüfata ciddi ziyan vurub. Dolu yağması kartof sahələrinə, bağçılığ təsərrüfatını sıradan çıxarıb.Toplar olsaydı, həmin riskləri minimuma endirmək və qarşısını almaq olardı”.

V.Məhərrəmov qeyd edib ki, bu il meyvə-tərəvəz qıtlığı olacaq: “Gədəbəy, Tovuz və Şəmkir rayonlarında kartofçuluqla məşğul olan fermerlərə ciddi ziyan dəyib. Hesab edirəm ki, güclü dolu və yağışın vurduğu ziyan nəticəsində qıtlıq yaranaaq. Bu da qiymət artımına səbəb olacaq”.

AzVision.az

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın