Ana səhifə / Kriminal / “Bu il dollar rekord həddə bahalaşacaq” – “Bloomberg”

“Bu il dollar rekord həddə bahalaşacaq” – “Bloomberg”

2016-cı ildə ABŞ dollarının kursu sabiq prezidentlər – Bill Klinton və Ronald Reyqan dönəmindən sonra ilk dəfə rekord həddə qalxacaq. Musavat.com-un məlumatına görə, “Bloomberg” ekspertləri buna əmindirlər. Bu mövzuda müvafiq material nüfuzlu agentliyin saytında yerləşdirilib.
Eksperlərin fikrincə, dolların daha da möhkəmlənməsi ötən ilin dekabrında Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcələrinin artırılması haqda qəbul olunan qərarla və dərəcələrin daha da artırılması ilə bağlı olacaq.
Onların hesablamalarına əsasən, ilin sonuna ABŞ dolları ilə yanaşı, Britaniya funtu, Kanada dolları və Norveç kronunun da məzənnəsi qalxacaq. Avro 3%, Çin yuanı 3,5% ucuzlaşacaq.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın