Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Kriminal / Bu il 347 mindən çox ASAN İmza sertifikatı verilib

Bu il 347 mindən çox ASAN İmza sertifikatı verilib

2017-ci ilin iyul ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 26998 zəng cavablandırılıb.

Nazirlikdən verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 211271 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 66568 SMS göndərilib.

İyul ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 344639 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 42597 vətəndaş qəbul edilərək onlara 63494 sayda xidmət göstərilib. 2017-ci ilin 1 avqust tarixinə vergi ödəyicilərinə ümumilikdə 347011 sayda ASAN İmza sertifikatı verilib.

2017-ci ilin iyul ayı ərzində 7860 (1105 hüquqi şəxs, 6755 fiziki şəxs) qeydiyyatdan keçib.

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …

Bir cavab yazın