Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Kriminal / Bu il 2800-dən çox məhkuma elektron qolbaq tətbiq edilib

Bu il 2800-dən çox məhkuma elektron qolbaq tətbiq edilib

Cari ildə azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalara məhkum olunmuş şəxslərə 2800-dən çox elektron qolbaq tətbiq edilib.

Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib. Qeyd edilib ki, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhər probasiya idarəsi yaradılaraq fəaliyyətə başlayıb.

Bundan əlavə, birinci yarımildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 13 mindən artıq işə baxıldığı, 348 minə yaxın tədqiqat obyekti üzrə müvafiq rəylərin verildiyi bildirilib. Nazirlik tərəfindən bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbirlərin görüldüyü, 2021-ci ildə 38 minədək bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirildiyi, 1225 aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 2400 hektardan çox torpaq sahəsinin geri qaytarıldığı qeyd olunub.

Həmçinin oxuyun

DTX Əhliman Rüstəmovu saxladı

“Hacı Cavad” məscidinin keçmiş axundu, ilahiyyatçı Əhliman Rüstəmov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları …