Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bu həftə qlobal maliyyə bazarlarına təsir edəcək xəbərlər açıqlanacaq

Bu həftə qlobal maliyyə bazarlarına təsir edəcək xəbərlər açıqlanacaq

29 may-2 iyun tarixlərində qlobal maliyyə bazarlarına təsir edə biləcək 5 əsas iqtisadi xəbərin açıqlanması gözlənilir.

“Report”un analitik qrupu xəbər verir ki, bunlardan ən əsası iyunun 2-də açıqlanacaq ABŞ-ın aylıq məşğulluq göstəricisidir. Bu göstərici ABŞ-da uçot dərəcəsinin 2017-ci ilin sonuna qalan hissəsində artırılma sürətini müəyyənləşdirəcək. Proqnozlara görə, məşğulluğun may göstəricisinin 185 min nəfər olması ehtimal edilir. Bununla yanaşı, bu həftə ABŞ-da istehsal və qeyri-istehsal sahələrində biznes fəallığı, istehlakçı inamı indeksi, avtomobil satışı, fiziki şəxslərin xərcləri, ticarət saldosu kimi vacib göstəricilər açıqlanacaq.

Digər önəmli xəbər isə Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draginin bu gün, Bakı vaxtı ilə saat 17:00-da Brüsseldə Avropa Parlamentinin İqtisadi-Valyuta Komitəsi qarşısında Bankın monetar siyasəti barədə hesabatı olacaq. Həmçinin, mayın 31-də Avrozonada inflyasiya göstəricisi açıqlanacaq və bu, maliyyə bazarları və avronun məzənnəsinin gələcək trendinin müəyyənləşdirilməsi üçün çox önəmlidir.
B.Britaniyada isə iyunun 1-də may ayı istehsal sektoru və iyunun 2-də inşaat sektorundakı fəallıq göstəriciləri açıqlanacaq.

Çində mayın 31-də istehsal sektorunun fəallıq göstəricisi açıqlanacaq. Bu göstəricinin 50 bənddən aşağı olması iqtisadi artımın yavaşladığını göstərir.

Mayın 31-də gözlənilən digər önəmli xəbər isə Kanadada ÜDM-in artım tempi ilə bağlı olacaq.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın