Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Kriminal / “Bp” şirkətində sürücü işləmək üçün rüşvət verənlər pullarını geri ala bilmirlər

“Bp” şirkətində sürücü işləmək üçün rüşvət verənlər pullarını geri ala bilmirlər

“Bp” şirkətinə işə düzəltmək adi ilə dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb. O, bir neçə nəfəri şirkətdə müxtəlif vəzifələrə düzəldəcəyini vəd edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid, həkim Fərman Həsənov istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Zərərçəkmiş Ağaxan İbadov işə düzəltmək üçün 3500 manat verdiyini, amma S.Əhmədovun pulu geri qaytarmadığını deyib. Şahid Vüqar Qurbanov 2500 manat verdiyini, Seymurun 2 min manatı geri qaytardığını deyib.

Rasim İbişov deyib ki, qohumu Samir Qasımova “bp”yə işə düzəltmək üçün verdiyi puldan ona heç nə qaytarılmayıb. Rəşid Cənnətəliyev də dostunu “bp”yə sürücü düzəltmək üçün 2500 manat verdiyini bildirib.

S.Əhmədova pul verən şəxslər, pul rüşvət məqsədi ilə verildiyi üçün zərərçəkmiş kimi yox, şahid kimi tanınıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxs “bp” neft şirkətinə işə düzəltmək adı ilə 6 nəfərə 20 min manata yaxın ziyan vurub. S.Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Həmçinin oxuyun

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında …