Çərşənbə , İyul 24 2019
Ana səhifə / Kriminal / BP: Neft hasilatının dondurulmasına dair anlaşma əhəmiyyətsiz olacaq

BP: Neft hasilatının dondurulmasına dair anlaşma əhəmiyyətsiz olacaq

“Neft hasilatının dondurulması ilə əlaqədar hər hansı anlaşma cari vəziyyətdə heç bir məna kəsb etməyəcək.”

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı “BP Rusiya”nın vitse-prezidenti Vladimir Drebentsov verib.

Onun sözlərinə görə, neft bazarında təklifin həddindən çox olması qiymətlərin sabit artımını təmin edə bilməz.

“Qlobal və lokal neft və neft məhsulları bazarları: təhlil, qiymətqoyma və mal axını” adlı konfransda danışan V.Drebentsov deyib ki, hasilatı azaltmaqla düşən neft qiymətləri ilə mübarizə aparmaq olmaz, əsas məsələ təklifin azaldılmasıdır: “Hazırda neft bazarında qiymətləri dəstəkləyən amil bəzi ölkələrin gündəlik 2 mln. barelə yaxın hasil etdikləri neftin əldə olunmasında yaranan problemlərdir”.

Uzunmüddətli perspektivdə isə BP rəsmisi ABŞ-ın şist neft hasilatı göstəricinin əsas rol oynayacağını bildirib. Onun sözlərinə görə, neft sənayesi tarixində elə bir ölkə olmayıb ki, ardıcıl 4 il hasilatı gündəlik 1 mln. barel artırmış olsun: “Bu il ABŞ-ın neft hasilatında bir qədər səngimə olsa da, bu ölkənin artım potensialı yüksəkdir. Belə ki, şist neft hasilatının əsasında texnologiyaların inkişafı durur”.

V.Drebentsov məhz bu səbəbdən Əlcəzair görüşünə şühbəli baxdığını deyib: “Hasilat dondurularsa neftin qyiməti yüksələcək, nəticədə ABŞ yenidən hasilatı sürətlə artıracaq. Cari reallıqlarda hasilatı dondurmaqla bağlı anlaşmaya əsas yoxdur”.

Onun sözlərinə görə, yaxın illərdə əsas məsələ ABŞ-ın şist neft ehtiyatı bazasının tükənməsinə çalışmaqdır.

Həmçinin oxuyun

“AMAY Abdulla”nın həbsdə olan şəriklərindən şikayət – MƏHKƏMƏ

Dələduzluqda təqsirləndirilən Xudafərin MMC-nin vəzifəli şəxsləri – Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov …

Bir cavab yazın