Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Boşandığına görə bacısını və yeznəsini öldürdü – VİDEO

Boşandığına görə bacısını və yeznəsini öldürdü – VİDEO

2019-cu il fevralın 5-i saat 13 radələrində DİN “102” xidmətinə özünü təqdim etməyən bir qadından zəng gəlir. Həmin qadın “28 may” qəsəbəsində iki nəfərin bıçaqlanması barədə məlumat verib. Bundan sonra Binəqədi RPİ 40-cı polis bölməsi və rayon prokurorluğunun əməkdaşları həmin qəsəbənin 4-cü küçəsində yerləşən 24 saylı evə baxış keçiriblər. Evdə İlkin Məmmədov və Sevinc Məmmədova adlı iki şəxsin meyitləri, cinayətin aləti olan bıçaq və digər əşyalar aşkar edilib.

Həmin gün polis şöbəsinə könüllü gələn Beyləqan sakini, 32 yaşlı Vəli Behbudov yeznəsini və bacısını qətlə yetirdiyini bildirib. O, danışmamaqla qeyri-adekvat hərəkətlər edib, özü-özünü vurub, bölməyə gələrkən bilək nahiyəsində kəsilmiş yara, sol gözaltında və sağ qulağında xəsarətlər aşkar edilib. İstintaqla müəyyən edilib ki, Vəli Behbudov ögey bacısı Sevinc Məmmədovanın 2017-ci ildən əri İlkin Məmmədovdan boşanmasını öyrəndikdən sonra onları barışdırmaq qərarına gəlib. Bu məqsədlə bacısı ilə birlikdə onun keçmiş ərinin “28 may” qəsəbəsində yaşadığı evə gedib. Orda İlkinə və bacısı Sevincə barışmaq təklifini etdikdə hər ikisi onla razılaşmayıb. Vəli bunu özünün şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edib. Üzərində gəzdirdiyi bıçaqla ilə əvvəlcə İlkin Məmmədova 11 zərbə vurub. Yanında olan Sevinc Məmmədovanın qaçmasını görüb, sonuncunu əlləri ilə arxadan qucaqlayıb, ağzından və burnundan tutaraq öldürüb. 
 
Vəli Behbudov bildirib ki, bacısı Sevinc bir il əvvəl İlkin adlı oğlanla ailə həyatı qurub. Təxminən iki ay əvvəl İlkinlə Sevinc mübahisə ediblər, davalarının səbəbi bacısının qayınanası ilə yola getməməsi olub. 

O, Sevinci əri ilə barışdırmaq istəyib. Səhərisi gün İlkinin yaşadığı ünvana gəlib, ondan Sevinclə barışmasını istəyib. İlkin etiraz edib, mətbəx otağına keçib. Vəli əsəbiləşərək bıçaqla onu vurub. Zərbədən sonra İlkin yerə yıxılıb, Sevinc bıçağı Vəlinin əlindən almaq istəyib. Ağlayıb yoldaşı ilə barışacağını deyib, qışqıraraq qapıya tərəf qaçdıqda bacısını qolundan tutub. Qonşular eşitməsin deyə boğub. Daha sonra meyiti çiyninə qoyaraq, girişə aparıb və orda döşəməyə uzadıb. Evdən çıxaraq, marşrut avtobusu ilə Nərimanov RPİ-nə gedib, təslim olub. 

İlkin Məmmədovun anası Sahibə Məmmədova ifadəsində qeyd edib ki, gəlini oğluna xəyanət etdiyindən onlar boşanıblar.  Qohumları Vəli Behbudovda hər hansı xəstəliyin olmasını hiss etməyiblər, o həmişə özünü normal aparıb, tam sağlam olub.  Məhkəmə iclasında Vəli Behbudov ifadə verməkdən boyun qaçırıb və verilmiş sualları cavablandırmayıb. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının  arayışından görünüb ki, Vəli Behbudov “orta dərəcəli isterik nevroz” diaqnozu ilə dispanser qeydiyyatdadır. 
 
Ekspertizanın rəyinə əsasən, yoxlanılan şəxs psixi fəaliyyətin müvəqqəti pozulmasından əziyyət çəkir. Buna əsasən məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tədbirləri tətbiq olunmalıdır.  Bakı Ağır Cinayətlər Məhkəməsi qərarına görə, anlaqlı vəziyyətdə iki nəfəri öldürəndən sonra psixi xəstəliyə tutulmuş Vəli Behbudov 1 saylı psixiatriya stasionarına göndərilib və barəsində cinayət işi üzrə icraat sağalanadək dayandırılıb. //oxu.az

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …