Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Borca görə tanışını öldürdü, özü də qətlə yetirildi – FOTOLAR

Borca görə tanışını öldürdü, özü də qətlə yetirildi – FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda iki nəfər qətlə yetirilib. Hadisə 10-cu mikrorayon ərazisində qeydə alınıb.

1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu və 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu bıçaqlanaraq öldürülüb, onun 31 yaşlı qardaşı Qasımov Tofiq isə yaralanıb. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə pul borcu üstündə baş verib. Belə ki, N.Rəhimov mübahisə zəminində Z.Qasımovu bıçaqlayaraq öldürüb. Qardaşının öldüyünü görən T.Qasımov bıçaqla Namiqin ürəyindən vurub. Tofiq Qasımova isə N.Rəhimovun kimliyi məlum olmayan tanışı kəsici alətlə ağır xəsarətlər yetirib. Həmin şəxsin hadisə yerindən qaçdığı deyilir.

31 yaşlı T.Qasımov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


(Fotolardakı şəxs Rəhimov Namiq Tahir oğludur)



(Fotolardakı şəxs Tofiq Qasımovdur)

Azvision.az

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …