Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Böhran 69 manatlıq ayaqqabını 15 manat etdi”- Geyim mağazalarından reportaj

“Böhran 69 manatlıq ayaqqabını 15 manat etdi”- Geyim mağazalarından reportaj

Dolların bahalaşması  ilə manatın dəyərini itirməsi bir çox sahələr kimi geyim sektoruna da təsir edib. Şəhərin mərkəzində yerləşən geyim mağazalarının bir qismi bağlanıb, sahibi dəyişib və ya böyük endirimlər edib.  Əksər mağazalar 50% faiz endirim edərək müştəri cəlb etməyə çalışır.
Musavat.com saytının əməkdaşı şəhərin böyük geyim  mağazalarına baş çəkib və son durumu öyrənib.
Əməkdaşımız bildirir ki, böyük alış-veriş mərkəzlərində yerləşən geyim mağazalarının əksəriyyətində  70 % endirim var. Hətta ötən gün  “Grandezza” mağazasının 90% endirim etməsi isə  insan izdihamına səbəb olub. İnsanlar mağazanın qarşısına  yığılaraq alış-veriş etmək üçün növbələrini gözləyiblər.
Böyük alış-veriş mərkəzlərində isə durum daha acınacaqlıdır. Bəzi mağazalar 70% endirim etsə də,  müştərisiz qalıb. İşçilər də müştəri azlığından şikayət edir:
“Böhranla əlaqədar 70% endirim etmişik. Alıcıların sayı yox dərəcəsindədir. Mağazamız böyük ticarət mərkəzində yerləşsə də, satış yoxdur. Bu durum nə qədər davam edəcək, bilmirik”.
Mağazaların əksəriyyətində isə endirimlər müştərini aldatmaq üçündür. Çünki köhnə kolleksiyaya aid olan, sayı az qalan, satılmayan malların qiyməti ucuzlaşıb. Köhnə kolleksiyaya aid olan və yay aylarında 45 manata satılan şort 10, 55 manata satılan tulum isə indi 25 manata satılır. Bu böyük endirimlər yeni kolleksiyalara  aid deyil. Çünki onların qiyməti baha olaraq qalır. Adi maykanın qiyməti 25, köynəklər isə 39 manatdan başlayır.
Təbii ki, böhranla əlaqədar bağlanan və sahibi dəyişən mağazalar da var.  Nizami küçəsində yerləşən “Promoud” mağazası “Etam” alt paltarları mağazası ilə əvəzlənib.
Alış-veriş edən  İlhamə Əzizova adlı müştəri  bildirir ki, o endirimlərdən yararlana bilən insanlardandır:
“Mən endirimdən çox yaxşı yararlandım. Ucuz qiymətə 4 ayaqqabı, ətəklər, köynəklər aldım. 49 manata olan ayaqqabını 15, 69 manatlığı isə 29-a aldım. Bu qiymətlərdən çox razıyam. Kaş, hər zaman qiymətlər belə olardı.  Düşünürəm ki,  Bakıya gətirilən geyimlərin əslində qiymətləri ucuzdur, bizə baha qiymətə satırlarmış. İndi müştəri az olduğu üçün mal əllərində qalıb. Ona görə də indi normal qiymətə satırlar. Təbii ki, narazı olduğum məqamlar da var,  çünki endirimlər yalnız köhnə kolleksiyaya aiddir. Yeni kolleksiyalar çox bahadır. Ümid edirəm ki, onların da qiyməti normallaşacaq”.
Kərim Hüseynov adlı müştəri isə malların həm  keyfiyyətindən, həm də qiymətindən narazıdır:
“Bəli, mağazaların üzərində yapışdırılan 70%-lik  endirimlər insanın gözünü oxşayır. Mağazaya girəndə isə fərqli mənzərə ilə rastlaşırsan. Endirim ya köhnə kolleksiyaya, ya da keyfiyyətsiz mallara aiddir. Endirimdə olan malların çoxu ya deffektli, ya da üzəri kosmetika ləkəlidir.  Endirimdə olan ayaqqabıların çoxunun içində isə Çin istehsalı olduğu yazılıb. Çin mallarını “Sədərək”dən, metro keçidlərindən də  ala bilirik. Müştərini aldatmasınlar.
Qiymətlərə gəldikdə isə  Avropa ölkələrində insanların aylıq gəliri 2500 avrodan çox olduğu halda, bizdə çoxumuzun  gəliri 500 manatı keçmir. Milanda yerləşən “Zara” mağazası ilə Bakıda yerləşən məkanda qiymətlər eynidir. Bu bizim insanlara haqsızlıqdır. Mağaza sahibləri insanların aylıq gəlirini nəzərə almalıdır”.






















Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın