Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / Biznesmen Yusif Xəlillayevin maşınına narkotik atan polis və xüsusi xidmət zabitləri tutuldu

Biznesmen Yusif Xəlillayevin maşınına narkotik atan polis və xüsusi xidmət zabitləri tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva üzrə regional idarəsinin əməliyyat müvəkkili Pavel Koryuqin, Lyublino rayonu üzrə Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi Pavel Filatov və onun tabeçiliyində işləyən Pavel Drozdov azərbaycanlı biznesmen Yusif Xəlillayevin maşınına narkotik atmaqda ittiham olunur. Virtualaz.org xəbər verir ki, bu səs-küylü cinayət işi üzrə materiallar baxılmaq üçün məhkəməyə göndərilib.

Kriminal əhvalat isə 2017-ci ilin yazından başlayıb. Moskvanın “Sadovod” bazarında (sahibləri azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyev, habelə onların şəriki olmuş İlham Rəhimovun kürəkəni Araz Mehdiyevdir) ticarətlə məşğul olan Azərbaycan vətəndaşı Rəşad Əsədov öz həmyerlisi-ticarətçi Yusif Xəlillayevdən qisas almaq qərarına gəlir. O, həmin bazarda işləyən başqa ticarətçi Rəşadət Ağalarovun köməyi ilə Pyotr Koryuqinə çıxır. Öz növbəsində Rəşadət Koryuqinə təklif edir ki, pul qarşılığında Xəlillayevə qarşı cinayət işi qaldırmaq lazımdır.

Koryuqin razılaşır və plan işləyib hazırlayır. Bu plana əsasən ticarətçilərin rəfiqəsi Yanina Jelyabovskya Yusif Xəlillayevin maşınına narkotik atmalı, polislər Filatov və Drozdov isə onu narkotiklə yaxalamalı idi. Sxem işləyir, amma Xəlillayev polislərə “azad olunmaq üçün” dərhal 500 min rubl ödəyir. Polislər isə ondan 2 milyon rubl tələb etmişdilər. Pulun qalan hissəsini gətirmək adı altında polislərin əlindən yaxasını qurtaran Xəlillayev Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin daxili təhlükəsizlik idarəsinə şikayət edir.

Tezliklə cinayətkar sxemin bütün iştirakçıları Koryuqin istisna olmaqla, saxlanılır. FTX əməkdaşını daha sonra tuturlar. Onun barəsində sxemin digər iştirakçıları kimi rüşvət alma, dələduzluq, vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi qaldırılır.

Dələduzluğu boynuna alan kapitan Filatovun, Rəşad Ağalarovun və bu kriminal sxemdə iştirak edən daha bir ticarətçinin işinə Lyublino məhkəməsində xüsusi qaydada baxılacaq. Qalan iştrakçıların işinə isə Moskva qarnizon hərbi məhkəməsi adi qaydada baxır.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …