Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Biznesmen oğlunun cinayət işində kəskin dönüş

Biznesmen oğlunun cinayət işində kəskin dönüş

Xaliq Faiqoğlu həbs oluna bilər; iş Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərildi

“Xaliq Faiqoğlu” MMC-nin sahibi Faiq Seyidovun oğlunun 3 il əvvəl törətdiyi və ölümlə nəticələnən avtomobil qəzası yenidən araşdırılacaq. Xitam verilmiş cinayət işinin istintaqı yenidən başladılıb və araşdırılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. Virtualaz.org xəbər verir ki, iş müstəntiq Emin Eminovun icraatındadır.

Söhbət “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakının Binəqədi rayonu ərazisində törətdiyi qəzadan gedir. Həmin qəzada biznesmenin oğlu idarə etdiyi Az 10 LU 090 dövlət nömrə nişanlı, “Mercedes GL” markalı avtomobillə qarşısına çıxan piyadanı-Müdafiə Nazirliyinin zabiti Eldar Vəli oğlu Məmmədovu vurub. Ağır xəsarətlər alan piyada bir müddət sonra hospitalda keçinib. Polkovnik-leytenant Eldar Məmmədovun ölümü bağlı CM-in 263.2-ci maddəsinə əsasən cinayət işi başlanılıb (ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi), lakin sonradan CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilib. Məlum olub ki, polkovnik-leytenantın “öz əcəli ilə öldüyü” haqda qurama rəy yazaraq cinayət əməlini hansısa yola ört-basdır ediblər. Polkovnik-leytenantı avtomobillə vuran sürücünün kimliyi isə açıqlanmayıb. O vaxta qədər ki, Faiq Seyidovun adı keçmiş ortağı – Azadxan Xanməmmədovla münaqişəyə görə gündəmə gəlib və bu fakt mətbuata sızdırılıb. Nəticədə iş adamı oğlunun avtomobillə piyadanı vurduğunu etiraf edib, amma iddia edib ki, piyada aldığı xəsarətlərdən yox, “ürək tutmasından” ölüb.

Bu hadisənin ört-basdır edilməsi “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında sonuncunun həbsi ilə nəticələnən, “Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra ictimaiyyətə məlum olub. Həmin münaqişə barədə mətbuat xeyli müddət yazıb. Münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …