Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Biznesmen oğlu şəhid qızını bu avtomobillə vurub öldürdü – “Şrafnoy”dan fotolar

Biznesmen oğlu şəhid qızını bu avtomobillə vurub öldürdü – “Şrafnoy”dan fotolar

Xəbər verdiyimiz kimi,noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. Nəticədə K. Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, sürücü isə olay yerindən qaçıb.
Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol qəzası törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Mia.az xəbər verir ki, unikal.org qəza törədən avtomobilin fotolarını əldə edib. Əməkdaşımız hazırda cərimə meydançasında olan maşını çəkmək istəsə də Səbail rayon polis idarəsindən buna icazə verilməyib.
Qeyd edək ki,şəhid Elton Əkbərovun qızı 1975-ci il təvəllüdlü Könül Əkbərovanı”Jeep Grand Cherokee”markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimov iş adamı Akif Rəhimovun oğludur. R.Rəhimlinin atası “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …