Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Kriminal / Biznesmen Mustafayev “Range Rover”lə avtobusun qarşısını kəsdi, sürücünü bıçaqladı

Biznesmen Mustafayev “Range Rover”lə avtobusun qarşısını kəsdi, sürücünü bıçaqladı

Rusiya İstintaq Komitəsinin mətbuat xidməti Sankt-Peterburq şəhərində “Range Rover”lə içərisində məktəblilər olan avtobusun qarşısını kəsərə sürücünü bıçaqlayan azərbaycanlı biznesmenlə bağlı məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, məlumata əsasən Əlizadə Mustafayev adlı həmin azərbaycanlının barəsində qəsdən adam öldürməəyə cəhd maddəsi ilə cinayət işi qaldırılıb, hazırda onun axtarışı gedir.

İstintaqın məlumatına görə ötən axşam saatlarında Rusiya vətəndaşlığı daşıyan Azərbayan sakini, 44 yaşlı Əlizadə Mustafayev şəxsiyyəti hələ müəyyən edilməmiş qadınla birlikdə avtobusun sürücüsünə hücum edib. Mustafayev sürücüyə bıçaqla çoxsaylı zərbələr endirib, qadın isə onu müəyyən edilməmiş alətlə vurub. Hücum edənlər “Range Rover”lə hadisə yerindən uzaqlaşıb, yaralı sürücü xəstəxanaya çatdırılıb və reanimasiyadadır.

İstintaq Komitəsi bildirir ki, Mustafayevin yerinin müəyyən edilib tutulması üçün təxirəsalınmaz tədbirlər görülür.

*   *   *11:06

Rusiyanın Sankt-Peterburq şəhərində uşaqları daşıyan avtobusun sürücüsü “Range Rover”lə hərəkət edən azərbaycanlı tərəfindən bıçaqlanıb. Virtualaz.org xəbər verir ki, “Range Rover” sürücüsü ondan irəlidə gedən avtobusun sürücüsünün manevrlərindən qəzəblənib və sürücünü öldürməyi qərara alıb.

Nevsk rayonu, Oktyabrsk küçəsi, 63 nömrəli binanın qarşısında “Range Rover” avtobusun qarşısını kəsib, prestijli xarici avtomobilin sürücüsü avtobus sürücüsünü sükan arxasından dartıb çıxarıb və ona bıçaqla iki zərbə endirib. Avtobos məktəbəliləri Peterburqun “Su muzeyi”indən Leninqrad vilayətinin Kirovsk rayonuna geri qaytarırmış. Və azərbaycanlının sürücünü bıçaqlaması məktəblilərin gözü qarşısında baş verib. İnsident zamanı avtobusda Kirovsk şəhərinin 1 nömrəli orta məktəbinin 24 şagirdi olub.

Avtobusun sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onu bıçaqlayan azərbaycanlının kimliyi müəyyən edilib, polis həmin şəxsi axtarır. Məlumata görə “o898mo78” nömrə nişanlı, şabalıdı rəngli “Range Rover” Peterburqun 44 yaşlı sakini Mustafayevə məxsusdur. O, Leninqrad vilayətinin Vıborsk rayonunun Yaşino qəsəbəsind qeydiyyatdadır. Fərdi sahibkarlıqla, bəzi məlumatlara görə yükdaşımalarla məşğuldur, onun adına 20-dən çox aztonnajlı yük avtomobili qeydiyyatdadır. Habelə Mustafayev metal tullantıları və təkrar emal materiallarının ticarəti ilə də məşğuldur. 2009-cu ildə Rusiya vətəndaşlığı alıb və müntəzəm olaraq Azərbaycana uçur.

 

Həmçinin oxuyun

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında …