Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Biznesmen azərbaycanlı sevgilisini belə öldürüb (VİDEO)

Biznesmen azərbaycanlı sevgilisini belə öldürüb (VİDEO)

Konyada Saiba Yükselir adlı 3 uşaq anası olan azərbaycanlı qadının biznemen sevgilisi tərəfindən tapança ilə öldürülməsinin görüntüləri üzə çıxıb.
Qaynarinfo haberler.com-a istinadən xəbər verir ki, görüntülərdə onun yolun qarşı tərəfində dayanan Rahim A.-ya aid avtomobildən atılması, avtomobilin hadisə yerindən uzaqlaşması və ətrafdakı insanların qadının köməyinə gəlməsi öz əksini tapıb.
Cinayətkarın axtarışları davam etdirilir.
Qeyd edək ki, 8 güllə yarası alan qadın xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdı.
Xatırladaq ki, bir neçə gün əvvəl Saibə Rahimin iş yerinə gəlib və sevgilisindən arvadını boşamağı, onunla evlənməyi tələb edib. Bu zaman tərəflər arasında mübahisə düşüb və hadisə yerinə polis çağırılıb. Cütlük bir-birindən şikayətçi olmadığını bildirib.
Rahim A. 2001-ci ildə iki nəfəri öldürmüş və 12 il həbsxana həyatı yaşadıqdan sonra şərti azadlığa çıxmışdı. Rahim A.nın Konyada avtomobil salonlarından birinin sahibi olduğu da bildirilir.
Hadisənin videosunu təqdim edirik:

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …