Cümə , Oktyabr 18 2019
Ana səhifə / Kriminal / “Bizim dövr” qəzetinin baş redaktorunun məhkəmə istintaqı başa çatıb

“Bizim dövr” qəzetinin baş redaktorunun məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Abbasov ifadə verib.

O, masaj salonu epizodu üzrə danışan zaman bildirib ki, qəzet redaktorudur, materiallar ona göndərilib: “Turalla Şahinlə tanışam, çörək yemişik. Pul istəsəydim onlardan alardım. Masaj salonunda çəkiliş etməmişəm, çəkilişdə iştirak da etməmişəm. Sadəcə çəkiliş olunub, o materiallar mənə verilib. Bu gün həmin salon fəaliyyət göstərmir. Həmin adamların çəkiliş etməkdə məqsədləri o idi ki, jurnalistlərin ayağı oradan çəkilsin. Ona yaxın jurnalist salona gedib, yeyib-içib pul vermirdilər. Rasim Hüseynov mənə zəng edib dedi ki, jurnalistlərin 100 min pulunu alıblar. O, Yevlaxda işləyir, Bakıda mən onunla görüşdüm. Məndən kömək istədi, pulsuz kömək etmirəm ki. Adını çəkdiyi jurnalistlərin hamısını da tanıdım”.

Daha sonra prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

Növbəti iclasda dövlət ittihamçısı çıxış edəcək.

Proses mayın 3-də davam etdiriləcək.

 

Həmçinin oxuyun

Azərbaycanda 15 yaşlı qıza təcavüz edildi, valideyinləri… – Təfərrüatlar

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb. Ağdaş …