Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Birinci və axırıncı səhvimizdir” – Qaynatanın mal-qarasına “göz dikən” yeznə – VİDEO

“Birinci və axırıncı səhvimizdir” – Qaynatanın mal-qarasına “göz dikən” yeznə – VİDEO

Salyan rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıb.

ARB TV xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini Gülağa Salman oğlu Salmanov polis şöbəsinə gələrək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus 2500 manat dəyərində 1 baş iribuynuzlu qaramal və onun 500 manat dəyərində olan balasının oğurlanması barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, rayonun Arbatan kəndində yaşayan Rabil Qəribağa oğlu Rəhimov və onun tanışları, Lerik rayonunun Züvüç kənd sakinləri – Müşfiq Quliyev və qardaşı Xoşbəxt Quliyev Masallı rayonunda heyvan bazarında saxlanılıblar.

İstintaq zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən R.Rəhimov şikayətçi Gülağa Salmanovun kürəkənidir.

Saxlanılan şəxs: “Maddi çətinlik çəkirdim. Dostlarla qərara gəldik ki, bu işi edək. Onların köməkliyi ilə bunu etdik. Bu, bizim birinci və axırıncı səhvimiz oldu”.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb.


Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …