Cümə , Sentyabr 21 2018
Ana səhifə / Kriminal / Birinci arvadına aliment ödəməyən, ikinci arvadını isə baltalayan şəxs peşman deyil – TƏFƏRRÜAT

Birinci arvadına aliment ödəməyən, ikinci arvadını isə baltalayan şəxs peşman deyil – TƏFƏRRÜAT

Arvadını qətlə yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Prokuror onun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ikinci arvadını öldürməkdə təqsirləndirilən Famil Abduləzimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Sabir Abdinov çıxışında F.Abduləzimovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. F.Abduləzimovun barəsində Şabran Rayon Məhkəməsinin hökmü də bu cəzaya birləşdirilib. Belə ki, F.Abduləzimov ilk ailə həyatı qurduğu qadına aliment ödəmədiyi üçün cərimələnib. Onun cəzaları birləşdirilərək qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

F.Abduləzimov sərbəst ifadəsində qeyd edib ki, daha əvvəl də evlilik həyatı yaşayıb. F.Abduləzimov söyləyib ki, bir neçə aylıq məhkumluğu olub: “Həbsdən çıxandan sonra ikinci həyat yoldaşım, mərhum Xalidə Günəşova ilə münasibətlərim yaxşı idi. Şabran Rayon Məhkəməsinin qərarı ilə mən birinci həyat yoldaşıma aliment ödəməli idim, lakin bundan qaçırdım. Xalidə Günəşova ilə 4 il yarım evli olmuşam. Hadisədən əvvəl onu Sumqayıt şəhərində yerləşən Tağıyev qəsəbəsindəki evimə gətirdim. Bir gecə orada qaldıq. Aliment ödəyə bilmədiyimə görə söz atdı. Xalidə mənə dedi ki, səni alimentə görə tutacaqlar, gedib öz həyatımı yaşıyacam. Bu söz də məni tutdu. Bundan sonra baltanı evin qabağından götürüb, onu başından vurdum. Uşaq isə hasarın o biri tərəfində oynayırdı. Evə girəndə anam gördü”.

F.Abduləzimov söyləyib ki, özünə də xəsarət yetirib: “Şokda idim. Qolumdan, qarnımdan bıçaq zərbəsi vurdum. Uzun müddət isə xəstəxanada yatdım”.

F.Abduləzimov məhkəmədə əməlindən peşman olmadığını deyib. Qeyd edək ki, cinayət hadisəsi Sumqayıt şəhəri, Tağıyev qəsəbəsinində baş verib. Dəmiryol yaşayış massivində yaşayan 30 yaşlı F.Abduləzimov özündən 3 yaş böyük olan həyat yoldaşı Xalidə Günəşovanı qətlə yetirib.

F.Abduləzimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. İttihama görə, F.Abduləzimov arvadını öldürdükdən sonra intihara cəhd edib, bıçaqla boğazına və bədəninə xəsarətlər yetirib. Ailə üzvləri onu xəstəxanaya vaxtında çatdırdığından həyatını xilas etmək mümkün olub. F.Abduləzimovun ilk evliliyi 2009-cu ildə olub və 2012-ci ildə boşanıb. O, boşanandan sonra aliment ödəməkdən boyun qaçırıb və buna görə həbs edilib.

Həmçinin oxuyun

Azərbaycanda quş ovuna çıxan ərəb və pakistanlı tutuldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan …