Ana səhifə / Kriminal / Biri siqaret istədi, digərləri isə boğazına ip keçirdi – Mütəşəkkl dəstənin cinayəti

Biri siqaret istədi, digərləri isə boğazına ip keçirdi – Mütəşəkkl dəstənin cinayəti

Vətəndaşdan siqaret istəyib sonra boğazına ip keçirərək quldurluq edən mütəşəkkil dəstə üzvlərinin həbsinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət olunub. 

Elnur Niftullayevə qarşı quldurluq edənlərin məhkəmə prosesinə hakim Elməddin Hüseynov sədrlik edəcək. 

Qeyd edək ki, ötən ilin dekabr ayında Nəsimi rayonu Moskva prospekti 82 ünvanında Bakı şəhər sakini Elnur Niftullayevə qarşı quldurluq edilib. Hadisə zamanı naməlum şəxslər zərərçəkənə əvvəlcə siqaret istəmək adı ilə yaxınlaşıblar. Daha sonra onu yaşayış binalarının arasına aparıb boğmağa cəhd edərək quldurluq yolu ilə zərərçəkəınin 500 manat dəyərindəki “Samsung” markalı mobil telefonunu və içərisində 100 manat olan pul kisəsini ələ keçiriblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən hadisədən sonra Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinə məlumat verib. Dərhal əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib və iş üzrə E.Niftullayevin izahatı alınıb.

Nəsimi RPİ və 19-cu PŞ əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuşlar – paytaxt sakini Kamran Pirquliyev, Saatlı rayon sakini Qasım Əliyev və Xaçmaz rayon sakini Qərib Abdalov saxlanılıblar. Hər 3 şəxs ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, aralarındakı rol bölgüsünə əsasən hadisə zamanı əvvəlcə Qasım Əliyev zərərçəkənə yaxınlaşaraq ondan siqaret istəyib. Daha sonra Kamran Pirquliyev və Qərib Abdalov həmin şəxsə arxadan yaxınlaşaraq onun boğazından tutub zorakılıq hərəkətləri edərək ona müxtəlif bədən xəsarətləri yetirməklə zərərçəkənin üzərində olan qiymətli əşyaları və pulu tələb ediblər. Yenisabah.az

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …