Ana səhifə / Kriminal / Biri polkovnik olmaqla, 14 əsgər edam olunacaq

Biri polkovnik olmaqla, 14 əsgər edam olunacaq

Konqo demokratik respublikasında biri keçmiş polkovnik olmaqla, 14 əsgər edam edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Hərbi Məhkəmənin sədri, polkovnik –leytenant Nsa Obal mətbuata açıqlamasında onların dövlətə qarşı edilən cinayətlər, üsyan, qanunsuz silah saxlamaq və cinayət səbəbindən ölüm cəzasına məhkum edildiyini bildirib.

Hakimin sözlərinə görə, edam cəzası verilən əsgərlər ötən il ölkənin şərqində-Kivu vilayətində insan alverinə qarşı mübarizə məqsədilə vəzifəsini icra edərkən qızıl və möhür qaçaqmalçılığı ilə məşğul olublar. Ona görə də həbs cəzasına məhkum ediliblər. Həmin şəxslərin tutulması üçün keçirilən əməliyyat zamanı onlar 3 əsgəri öldürüb.

Təhlükəsizlik əməkdaşlarından əldə edilən məlumata görə, ölüm cəzası verilən keçmiş polkovnik isə xidməti müddətində 40 üsyançını ordu sıralarına daxil etməyə çalışıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …