Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bir uşaq anası özünü asdı – SON ANDA…

Bir uşaq anası özünü asdı – SON ANDA…

Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.

Azinforum.az  “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Badamağac kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü  İ.Ə özünü yaşadığı evin tavanından kəndirlə asaraq intihara cəhd edib. 

İ.Ə-nin özünü asdığını görən ailə üzvləri dərhal qadının boynundan kəndiri çıxarıblar və gənc qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas ediblər. 

Məlumata görə, qadın evlidir və bir övladı var. Onun hansı səbəbdən intihara cəhd etməsi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …