Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Bir nəfərin meyiti çıxarıldı, 3 nəfərdən xəbər yoxdur – Yenilənir

Bir nəfərin meyiti çıxarıldı, 3 nəfərdən xəbər yoxdur – Yenilənir

Gəncə şəhərində baş verən partlayış zamanı binanın 4 sakini dağıntılar altında qalıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə 4 mərtəbəli binanın 3-cü mərtəbəsində qaz sızmasından baş verib.

Dağıntılar altında qalan sakinlərdən birinin,1994-cü il təvəllüdlü Cumalızadə Cumal Taleh oğlunun meyiti çıxarılıb. Digər 3 şəxsin səhhəti ilə bağlı vəziyyət məlum deyil.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bir yaralı dağıntılar altından çıxarılıb. Hərbçi olan Məmmədov Orxan Oktay oğlu Hərbi Hospitala yerləşdirilib.

 

 

 

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …