Sosial şəbəkədə biz:
Bir ildə 18 yaşına çatmış 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edildi
Xəbər Şəkli

Bir ildə 18 yaşına çatmış 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edildi

10 June 2026, 16:39
Kriminal

Azərbaycanda 2025-ci ildə 18 yaşına çatmış 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib.

Bunu Baş prokuror Kamran Əliyev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə 18 yaşına çatmayan 784 nəfər cinayət məsuliyyətinə cəlb olunub: "Bu göstərici digər ölkələrlə müqayisədə qənaətbəxşdir".

Baş prokuror BMT-nin Uşaq Fondunun məlumatına istinadən dünyada hər 4 dəqiqədən bir uşaqların zorakılığa məruz qaldığını, yaxud öldürüldüyünü vurğulayıb:

"Ötən il 90 milyon uşaq cinsi zorakılığa məruz qalıb, 1,6 milyard uşaq isə evdə fiziki təzyiqlə üzləşib".

K.Əliyev qeyd edib ki, 2024-cü ildən bu günədək prokurorluq orqanları tərəfindən valideynlik hüququndan məhrum etmə ilə bağlı 37 mülki iddia qaldırılıb: "Onlardan 35-i təmin edilib, ikisi isə baxılma mərhələsindədir". Report